AZ

Almaniya Bundesliqası: “Borussiya” "Auqsburq"u darmadağın etdi – VİDEO

Almaniya Bundesliqasında 16-cı tur çərçivəsində “Borussiya”(Münhenqladbax) "Auqsburq"u qəbul edib.

İdman.Biz xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə Josef Skalli açıb. Kevin Diks 20-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Haris Tabakoviç isə 36 və 61-ci dəqiqədə fərqlənib.

Bu qələbədən sonra “Borussiya” xallarını 19-a çatdıraraq turnir cədbəlində 10-cu pilləyə yüksəlib. "Auqsburq" isə 14 xalla 15-ci pillədədir.

İdman.Biz
Seçilən
76
1
idman.biz

2Mənbələr