ain.az, Oxu.az portalına istinadən məlumat verir.
İngiltərə Kubokunda üçüncü raundun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, hazırda ölkə Premyer Liqasının lideri olan "Arsenal" aşağı liqa təmsilçisi "Portsmut"un qonağı olub.
London klubu gözlənildiyi kimi qarşılaşmada üstün tərəf olub. "Topçular" meydan sahiblərinin qapısına 4 qol vurublar. "Portsmut" futbolçularının gücü isə yalnız təsəlli qoluna çatıb - 1:4.
Beləliklə də, "Arsenal" çətinlik çəkmədən İngiltərə Kubokunun növbəti mərhələsinə adlayıb.
Qeyd edək ki, yarışın üçüncü raunduna yanvarın 20-də yekun vurulacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.