AZ

İtaliyada komandasını dəyişdi

Marko Breşianini İtaliyada komandasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Fiorentina” “Atalanta”nın yarımmüdafiəçisini heyətinə qatıb. Tərəflər arasında satınalma hüququ ilə icarə müqaviləsi imzalanıb.

Məlumata görə, müəyyən şərtlər ödənildiyi təqdirdə bu bənd avtomatik olaraq məcburi xarakter alacaq.

“Milan”ın yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində “Kozentsa”, “Montsa”, “Virtus Entella” və “Frozinone”də də çıxış edib. O, “Atalanta”nın forması ilə ümumilikdə 50 oyunda meydana çıxıb və 7 qol vurub.

Seçilən
69
1
football-plus.az

2Mənbələr