AZ

Martinelli her trik etdi, Arsenal qalib gəldi

Qol.az saytına istinadən ain.az xəbər verir.

Martinelli her-trik etdi, "Arsenal" qalib gəldi

İngiltərə Kubokunun 1/32 final mərhələsində "Portsmut" "Arsenal"ı qəbul edib.

QOL.az xəbər verir ki, matç London klubunun 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Matça Çempionşip təmsilçisi ildırım sürəti ilə başlayıb. Kolbi Bişop artıq ilk dəqiqədə hesabı açıb. Lakin "topçular" tez toparlanıb. 8-ci dəqiqədə Andre Dozellin avtoqolu ilə tarazlıq bərpa olunub. Bundan sonra isə səhnəyə Qabriel Martinelli çıxıb. Braziliyalı ulduz 25, 51 və 72-ci dəqiqələrdə fərqlənərək het-trik müəllifi olub və komandasına qələbə qazandırıb. Bu het-trik braziliyalı futbolçunun 2024-cü ilin yanvarından bəri ilk dəfə bir oyunda birdən çox qol vurması ilə də yadda qalıb.

Qeyd edək ki, "Arsenal"ın hücumçusu Noni Madueke 43-cü dəqiqədə penaltidən yararlana bilməyib, onun zərbəsi qapıdan yan keçib.

Xatırladaq ki, bu qələbə ilə "Arsenal" 1/16 finala vəsiqə qazanıb. Londonluların növbəti mərhələdəki rəqibi daha sonra müəyyənləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
qol.az

2Mənbələr