AZ

Dünyada doğum əmsalı sürətlə azalır Son 75 ildə 38 dən 17 yə düşüb

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Dünya üzrə demoqrafik göstəricilər son 70 ildə ciddi dəyişikliklərə məruz qalıb.

Yeniavaz.com “Macrotrend”ə istinadən xəbər verir ki, xüsusilə doğum əmsalı 1950-ci illərlə müqayisədə kəskin şəkildə aşağı düşüb.

Bildirilir ki, 1950-ci illərdə dünya üzrə hər 1000 nəfərə 38 körpə doğulurdusa, bu göstərici mərhələli şəkildə azalmağa başlayıb.

1970-1980-ci illərdən etibarən isə mənzərə dəyişməyə başlayıb. Nəticədə doğum əmsalı dünya üzrə 20-22 nəfərə qədər enib.

2000-ci ildən sonra azalma daha da sürətlənib. Son məlumatlara görə, 2024-2025-ci illərdə dünya üzrə orta doğum əmsalı təxminən 17-yə düşüb.

Ötən il dünyada doğum əmsalının ən yüksək olduğu ölkə Niger olub. Bu ölkədə hər 1000 nəfərə düşən yeni doğulan körpələrin sayı 43 olub. Ən aşağı doğum əmsalı isə Cənubi Koreyada qeydə alınıb. Koreyada hər 1000 nəfərə düşən yeni doğulan körpələrin sayı 6,7 olub.

Azərbaycanda isə doğum əmsalı 13 olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
yeniavaz.com

2Mənbələr