AZ

Cəmi bir videosu olan bu yutub kanalı milyonlar qazandırır – VİDEO

“1 milyon dollar qazandıran 10 saatlıq kamin videosu” – bütün zamanların ən yaxşı “YouTube” investisiyası olub. 

NOCOMMENT.az xəbər verir ki, az tanınan “Fireplace10” adlı “YouTube kanalı” 9 il əvvəl cəmi bir video paylaşıb. 10 saatlıq videoda sadəcə kamin yanır.

Buna baxmayaraq, kanal davamlı gəlir əldə etməyə və güclü auditoriyasını qorumağa davam edir.

Kanalda yanan kamin videosu çırtıltı və sakitləşdirici fon səsləri ilə tamamlanır. Video, xüsusilə soyuq aylarda və bayramlarda sakit görüntülər və rahatladıcı səslər axtaran insanlar arasında populyarlaşıb. Bu günə qədər “Fireplace 10” 150 milyondan çox baxış və təxminən 111.000 abunəçi toplayıb. Kanalın ümumi reklam gəliri təxminən 1,2 milyon dollardır – ildə orta hesabla təxminən 140.000 dollar./unikal/

Seçilən
91
2
nocomment.az

10Mənbələr