İtaliya A Seriyasının 2025/2026 mövsümünün 20-ci turu çərçivəsində “Fiorentina” ilə “Milan” arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Florensiyada yerləşən “Artemio Franki” stadionunda təşkil olunan qarşılaşmanı baş hakim Davide Massa idarə edib. Görüş məhsuldar heç-heçə ilə yekunlaşıb — 1:1.
Matçda hesab 66-cı dəqiqədə açılıb. Hücumçu Albert Qudmundssonun ötürməsindən sonra müdafiəçi Pyetro Komutso fərqlənib. Oyunun son dəqiqələrində, 90-cı dəqiqədə isə “Milan”ın hücumçusu Kristofer Nkunku tarazlığı bərpa edib.
Bu nəticədən sonra “Milan” 19 oyunda topladığı 40 xalla turnir cədvəlinin ikinci pilləsində qalıb. Bir oyunu ehtiyatda olan lider “İnter”dən xal fərqi iki olaraq qalır. “Fiorentina” isə xallarının sayını 14-ə çatdırsa da, A Seriyasında düşmə zonasından çıxa bilməyib.