Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Beşiktaş"ın futbolçularından xoş xəbərlər var
Trendyol Super Liqasında yaranan fasiləni Antalyada təlim-məşq toplanışı ilə dəyərləndirən “Beşiktaş” düşərgəsindən sevindirici xəbərlər gəlməkdə davam edir.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar"ın zədəli olan üç futbolçusu artıq sıraya dönüb.
Portuqaliyalı ulduz Jota Silva zədəsini tam sağaldaraq məşqçilər korpusunun üzünü güldürüb. Hazırlıq matçında şans qazanan futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə möhtəşəm geri dönüş edib. Onun qısa zamanda tam formaya düşəcəyi gözlənilir.
Bundan başqa, Cengiz Ünder və Mustafa Hekimoğlu da artıq komanda ilə məşqlərə qoşulublar. Hər iki futbolçunun "Kayserispor"la qarşılaşmanın iştirak ərizəsində yer alması planlaşdırılır.
Xatırladaq ki, İstanbul nəhəngi liqanın ikinci yarısının ilk turunda, yanvarın 19-da doğma meydanda "Kayserispor"u qəbul edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.