Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Almaniya Bundesliqasının lideri "Bayern Münhen" "Herta"nın 16 yaşlı istedadı Kennet Ayxhornun transferi üçün hərəkətə keçib.
Fanat.Az "Sky Sports DE" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi gənc yarımmüdafiəçinin müqaviləsindəki 12 milyon avroluq sərbəstqalma maddəsindən yararlanaraq transferi qısa müddətdə bitirmək istəyir.
Artıq Berlin klubunun əsas heyətində özünü göstərən Ayxhorn, cari mövsümdə II Bundesliqada meydana çıxdığı 11 qarşılaşmada 751 dəqiqə şans qazanıb. Gənc oyunçu həmçinin Almaniya Kuboku matçlarında 1 qol vuraraq böyük klubların skautlarını heyran qoymağı bacarıb. Oyun tərzi ilə Toni Kroos və Kevin De Bruyne kimi ulduzları xatırladan Kennet, mərkəzdəki ötürmə dəqiqliyi ilə seçilir.
"Bayern" rəhbərliyinin bu transferi gələcək investisiya kimi gördüyü və futbolçu ilə 5 illik müqavilə imzalayacağı vurğulanır.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.