AZ

Bu ağır günlərdə cənublu qardaşlarımızın yanında olmalıyıq

ain.az, Newscenter.az saytına istinadən bildirir.

"İranda baş verənlər yüz ildir bu qədim Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı fars kökənli şah və molla rejimlərinin törətdikləri haqsızlıqlara cavabdır! Bir xalqın haqqına bu qədər girmək olmazdı. Lakin qanı bizdən olmayan şah və molla rejimləri bir əsr boyunca xalqımıza zülm etdilər".Newscenter.az xəbər verir ki, bunları iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. O deyib ki, biz bu ağır günlərdə cənublu qardaşlarımızın yanında olmalıyıq, onları tək qoymamalıyıq:"Anlaşılandır ki, bu hadisələrə birbaşa müdaxiləmiz mümkün deyil. Lakin bütün əlaqələrdən, dünya siyasət meydanında son 20 ildə qazandığımız nüfuzdan yararlanaraq cənublu soydaşlarımızın taleyinin həllində öndə gedənlərdən olmalıyıq! Cənublu qardaşlarımız indi İranda başlarının üzərində Cənubi Azərbaycan bayrağı ilə yanaşı Azərbaycan və Türkiyəmizin bayraqlarını gəzdirirlər. Bu sadəcə sevgi deyil, kökə bağlılığın nümayişidir!"Fikrət Yusifov hesab edir ki, İranın legitim prezidenti doktor Pezişkiyan artıq öncə verdiyi bəyanatlarına rəğmən xalqın tərəfinə keçdiyini açıq elan etməli və bununla da Cənubi Azərbaycan Demokratik Respublikasının yaranması uğrunda mücadiləyə başlamalıdır:"Pezişkiyan bu addımı atarsa heç şübhəsiz bütün türk dünyası onu dəstəkləyəcək, ABŞ, Avropa Birliyi və İsrail də bu yolda ona yaxından kömək edəcəkdir".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
newscenter.az

2Mənbələr