AZ

“Bavariya” “Volfsburq”u darmadağın etdi

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 16-cı turu çərçivəsində “Bavariya” ilə “Volfsburq” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Münhendəki “Arena Münhen” stadionunda təşkil olunan qarşılaşmanı Ştutqartdan olan baş hakim Tobias Rayxel idarə edib. Görüş meydan sahiblərinin 8:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 5-ci dəqiqədə açılıb. “Volfsburq”un müdafiəçisi Kilian Fişer topu öz qapısına göndərib. 13-cü dəqiqədə hücumçu Cenan Peyçinoviç hesabda tarazlıq yaradıb. Lakin 30-cu dəqiqədə fransalı Maykl Olisenin ötürməsindən sonra Luis Dias “Bavariya”nı yenidən önə çıxarıb. 50-ci dəqiqədə Olise özü fərqlənib. 53-cü dəqiqədə isə qonaqların daha bir müdafiəçisi Morits Yents avtoqola imza atıb.

68-ci dəqiqədə Rafael Qerreyru Harri Keynin ötürməsindən sonra dördüncü qolu vurub. Cəmi bir dəqiqə sonra Keyn özü adını tabloya yazdırıb. 76-cı dəqiqədə Olise dublunu rəsmiləşdirib, 88-ci dəqiqədə isə Leon Qoretska yekun hesabı müəyyənləşdirib.

Bu qələbə ilə “Bavariya” 16 turdan sonra 44 xal toplayaraq çempionatın lideri olub. Münhen klubu ən yaxın izləyicisi Dortmund “Borussiya”sı ilə xal fərqini 11-ə çatdırıb. “Volfsburq” isə 15 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Seçilən
29
90deqiqe.az

1Mənbələr