AZ

Biləcəri sakinləri 4 ildir çıxılmaz vəziyyətdədir – VİDEO

23 əvvəl istifadəyə verilən binaların damı yararsız vəziyyətdədir.

NOCOMMENT.az xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1 A-dandır. Binanın dam örtüyü yararsız hala düşdüyündən sakinlərin həyatına təhlükə yaranıb. Sakinlər iddia edirlər ki, yaranmış vəziyyət səbəbindən evlərə su damır. Su da elektrik naqillərinin üzərinə düşür və təhlükə daha da artır.

Sakinlər bildirirlər ki, xüsusən son 4 ildə bu çıxılmaz vəziyyətlə üz-üzə qalıblar. Hara müraciət etsələr də, faydası olmur.

Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə müraciət etdik. Qrumdan “Xəzər Xəbər”ə bildirildi ki, qeyd edilən bina xüsusi təyinatlıdır. Bununla bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmək tövsiyə olundu.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı komunal təsərrüfat birliyindən isə bildirildi ki, həmin bina təmir edilib. Bu çərcivəsində binanın dam örtyünün də təmiri nəzərdə tutulub. Həmin vaxt damdakı su çənləri götürülən zaman sakinlər buna etiraz ediblər və təmir yarımçıq qalıb. Su çənləri damdan tam yığışdırıldıqdan sonra onun tam təmiri həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
52
2
nocomment.az

4Mənbələr