AZ

Təxminən 12 iri neft şirkəti Venesuelada işləmək istəyir - ABŞ-nin Energetika naziri

Bakı. Trend:

Təxminən 12 böyük neft şirkəti Venesuelada fəaliyyət göstərməkniyyətini açıqlayıb.

Trend xəbər verirki, bunu ABŞ-nin Energetika naziri Kris Rayt bildirib.

O, Fox News-a verdiyi müsahibədə bildirib: "Ən azı on iki. Beşböyük şirkət istehsalı sürətlə artıracaq və daha altı-on iki şirkətVenesuelaya getməyə hazır olduqlarını deyir."

Daha əvvəl Britaniyanın “Financial Times” qəzeti xəbər verirdiki, Amerika neft şirkətləri Venesuelanın neft sənayesinəinvestisiya qoymazdan əvvəl ABŞ Prezidenti Donald Trampadministrasiyasından “ciddi zəmanətlər” tələb ediblər.

Seçilən
68
2
az.trend.az

3Mənbələr