Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp administrasiya daxilində İranda davam edən etirazlara dəstək məqsədilə bir neçə ssenarini müzakirə edir.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Axios nəşri Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda “bütün variantlar masa üzərindədir”, lakin hazırda irəli sürülən təkliflərin böyük əksəriyyəti qeyri-hərbi xarakter daşıyır. ABŞ rəsmiləri birbaşa hərbi müdaxilə ehtimalını istisna etməsələr də, bu mərhələdə əsas diqqətin alternativ təzyiq alətlərinə yönəldiyi bildirilir.
Axios-un yazdığına görə, Trampın masasında olan əsas variantlar bunlardır:
kiberhücumlar və kiberəməliyyatlar,
informasiya və psixoloji təsir kampaniyaları,
hərbi caydırıcılıq tədbirləri və xəbərdarlıq xarakterli addımlar.
Nəşr vurğulayır ki, məqsəd İran hakimiyyətinə təzyiqi artırmaqla paralel olaraq etirazçıların mövqelərini gücləndirmək və proseslərə dolayı yolla təsir göstərməkdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.