AZ

Bakıda 20 ildir yaşayış binasının zirzəmisinə su dolur – ŞİKAYƏT – VİDEO

Xətai rayonu İlqar zülfüqarov küçəsi 3-cü kvadrat adlanan ərazidə 9 mərtəbəli binanın zirzəmisi su ilə dolub.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, kanalizasiya xətləri, azəristilik təchizatın istilik borularından axan su və hətta şirin su bu zirzəmidə bir-birinə qarışıb.

Sakinlər bildirir ki, binada mərkəzi istilik sistemi mövcuddur və bütün xətlər zirzəmidən keçir. Buna görə də zirzəmidə yaranan problem birbaşa mənzillərə də təsir göstərir. Yay-qış fərq etmədən eyni mənzərə təkrarlanır.

Məsələ ilə bağlı sakinlər aidiyyəti qurumlara da müraciət etdiklərini deyirlər. Onlar problemin yalnız müvəqqəti deyil, köklü şəkildə aradan qaldırılmasını istəyirlər.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə və “Azəristilik təchizat” ASC-yə müraciət etdik. “Azəristilik təchizat”ın sözçüsü Elvin Basqallı bildirdi ki, artıq əraziyə problemin aradan qaldırılması üçün heyət göndərilib

Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirildi ki, əraziyə artıq birqada göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
52
1
nocomment.az

2Mənbələr