AZ

Türkiyədə 12 avtomobil toqquşdu: Ölən və yaralananlar var

Türkiyənin İstanbul-İzmir şosesinin Balıkesir vilayətindən keçən hissəsində 12 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

Moderator.az NTV-yə istinadən xəbər verir ki, qəzada 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralılar müalicə üçün təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıblar. Qəza səbəbindən magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb

Hadisə güclü yağış zamanı baş verib.

Seçilən
25
1
moderator.az

2Mənbələr