Türkiyənin tanınmış siyasətçisi Mustafa Desticinin açıqlaması ölkədə böyük gündəm olub.
KONKRET.az xəbər verir ki, o, bildirib ki, “Evli və uşaqlı qadınlarımız işə 1 saat gec getməli, 1 saat isə tez çıxmalıdır”.
Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirəyə çıxarılıb. Bir çox şərhlərdə belə bir təklif ironiya ilə qarşılanıb.
Digər şərhlərdə isə bildirlib ki, hökümət yaxşı olardı xeyli iş yerləri açsın. Serdar Köker adlı istifadəçi isə vurğulayıb: “Ölkənin böyük probleminin həlli üçün müdhiş bir çözüm nümunəsi”.
Əksər şərhlərdə təklifin mahiyyəti lağa qoyulub: “Ölkənin böyük problemi elə budur?”.
Rəsmiyyə Şərifova,
KONKRET.az