ain.az, 525.az portalına istinadən məlumat yayır.
Londonda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı insident yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılardan biri eyvana qalxaraq İran bayrağını cırıb.
Sonra isə inqilaba qədər İranın simvolu olmuş "şir və günəş"in əksi olan bayrağı etirazçılara nümayiş etdirib.
Britaniya polisinin məlumatına görə, aksiya zamanı qanun pozuntusuna yol vermiş 2 nəfər saxlanılıb. Bir nəfər isə axtarışa verilib.
Yüzlərlə insanın iştirak etdiyi aksiyada etirazçılar əllərində şah dövrünün və İsrailin bayraqlarını, həmçinin, İranın sonuncu şahı Rza Pəhləvinin oğlunun portretlərini tutublar.
Qeyd edək ki, aksiya ötən il dekabrın 29-da İranda başlayan etirazlara dəstək fonunda keçirilib.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.