AZ

İranda QƏTLİAM: Molla rejimi XALQI QIRDI – 500-dən çox ÖLÜ – (18+ VİDEO)

İranda davam edən kütləvi xalq etirazları nəticəsində ölənlərin sayı 500-dən çoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi insan haqları təşkilatlarına istinadən məlumat yayıb.

Məlumatlara görə, indiyədək 490 etirazçının və 48 təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyü təsdiqlənib. Bildirilir ki, toqquşmalar və zorakılıq halları ölkənin müxtəlif bölgələrində qeydə alınıb.

Bundan əlavə, son iki həftə ərzində davam edən etiraz aksiyaları zamanı 10 min 600-dən artıq şəxs həbs edilib. Həbs olunanların əksəriyyətinin etirazlarda iştirak edən dinc vətəndaşlar olduğu qeyd olunur.

Reuters-in yaydığı bu məlumatlar İran daxilində və ölkə xaricində fəaliyyət göstərən fəalların, hüquq müdafiəçilərinin və müstəqil mənbələrin topladığı bilgilərə əsaslanır. İranın rəsmi qurumları isə ölənlərin və saxlanılanların sayı ilə bağlı yayılan rəqəmləri hələlik təsdiqləməyib və ya təkzib etməyib.

Beynəlxalq insan haqları təşkilatları İranda vəziyyətin getdikcə ağırlaşdığını bildirir və hakimiyyəti zorakılığa son qoymağa, saxlanılan şəxslərin hüquqlarını təmin etməyə çağırır. Etirazların isə ölkə üzrə müxtəlif şəhər və vilayətlərdə davam etdiyi qeyd olunur. /KONKRET.az/

 

Seçilən
53
2
nocomment.az

3Mənbələr