AZ

Qazaxıstanda baş verən yanğında səkkiz nəfər xilas edilib

Astana, 12 yanvar, AZƏRTAC

Qazaxıstanın Atırau şəhərində çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.

AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN əməkdaşlarının operativ tədbirləri nəticəsində 8 nəfər, o cümlədən 3 uşaq təhlükəsiz şəkildə xilas edilib.

Yanğın tam söndürülüb. Xəsarət alan yoxdur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
87
2
azertag.az

3Mənbələr