AZ

Kriştianu Ronaldu Superkubok finalını tribunadan izləyir

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu İspaniya Superkubokunun final matçını stadiondan izləyir.

İdman.Biz xəbər verir ki, portuqaliyalı ulduz VİP tribunada oturub.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-2018-ci illərdə Madrid təmsilçisinin formasını geyinib. O, "Real"ın heyətində 292 oyunda 311 qol vurub. Futbolçu "ağlar"ın tərkibində 2012 və 2017-ci illərdə iki dəfə İspaniya Superkubokunu qazanıb.

Xatırladaq ki, "Barselona" turnirin son qalibidir. Keçən mövsümün finalında katalon klubu "Real"ı 5:2 hesabı ilə məğlub edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
icma.az

2Mənbələr