AZ

Qurban Qurbanov balaca hücumçunu əsas komandaya cəlb etdi - FOTO

“Qarabağ” U-19 komandasının 16 yaşlı hücumçusu Əli Bəşirovu əsas heyətə çağırıb.

Sportinfo.az xəbər verir ki, o, komandanın tərkibində Antalyada keçiriləcək qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

qurban-qurbanov-16-yasli-elini-esas-heyete-cagirdi

Seçilən
53
1
sportinfo.az

10Mənbələr