AZ

“Koreya” klinikasında “Mounjaro” preparatından istifadə olunur?

“Beauty Time” gözəllik salonları şəbəkəsinin və “Shane Couture” brendinin rəhbəri Könül Həmzəyeva arıqlama məqsədilə müraciət etdiyi “Koreya” klinikasında çalışan həkim Pərvanə Hacıyeva ilə bağlı ciddi iddialar irəli sürüb.

Onun sözlərinə görə, “təhlükəsiz arıqlama” adı altında göbək nahiyəsinə inyeksiya və müxtəlif dərman sistemləri tətbiq olunub. İddia edilir ki, prosedurlardan sonra mədə-bağırsaq sistemində ağır fəsadlar yaranıb, vəziyyəti pisləşib və qanaxma ilə xəstəxanaya yerləşdirilib.

K. Həmzəyeva gecə saatlarında şiddətli ağrılarla təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparıldığını, hətta reanimasiya ehtimalının müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, vəziyyəti son anda stabilləşdirilib.

Ən ciddi iddialardan biri isə baş verənlərdən sonra proseduru icra edən həkim tərəfindən heç bir maraq göstərilməməsidir. Bildirilir ki, müalicə və prosedurlar üçün 15 min manatdan artıq vəsait xərclənsə də, nəticə əksinə, sağlamlığa ciddi zərər vurub.

Məsələ sosial şəbəkələrdə geniş rezonans doğurub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

//bizimesr.az

Seçilən
35
editor.az

1Mənbələr