Səudiyyə Ərəbistanının Ciddə şəhərində İspaniya Superkubokunun final matçı keçirilib.
Redaktor.az xəbər verir ki, "Barselona" "Real Madrid"lə qarşılaşıb.
Gərgin keçən "El-Klasiko"nun qalibi Kataloniya təmsilçisi olub.
Belə ki, "Barselona" əzəli rəqibini 3:2 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.
Qolları "Barselona"nın heyətində Rafinya (36, 73), Robert Levandovski (45+4), "Real"ın heyətində isə Vinisius Junyor (45+2) və Qonzalo Qarsiya (45+6) vurub.
Turan ASLAN