AZ

"Qarabağ" rəhbərliyini sevindirdi - Müqaviləni uzatmağa hazıram!

"Qarabağ" qolkiperi Mateuş Koxalskinin müqavilə müddətini artıracaq.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, polşalı qapıçıya çox sayda təkliflər olsa da, o, komandada qalacağına dair qərar qəbul edib.

Bu barədə klubu da məlumatlandırıb.

Əldə etdiyimiz məlumata görə, Koxalski hətta müqavilə müddətinin artırılmasına da razılıq verib.

Amma onun mövsümün sonunda "Qarabağ"dan ayrılacağı gözlənilir. Belə ki, Ağdam təmsilçisi yayda ona görə gələn təklifləri dəyərləndirəcəyi ehtimal edilir.

Mateuşun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Yeni müqaviləyə əsasən o, 2028-ci il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsus olacaq.

Seçilən
12
sportinfo.az

1Mənbələr