AZ

Verndidub klub rəhbərliyinin təklifini qəbul etmədi

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Yuri Vernidub rəhbərliyin məşqçi heyətinin formalaşdırılması ilə bağlı təklifindən imtina edib.

İdman.Biz sportinfo.az saytına istinadla xəbər verir ki, ukraynalı mütəxəssis klubun Cavıd Hüseynovla əməkdaşlıq təklifinə maraq göstərməyib.

Vernidub daha əvvəl "Turan Tovuz"da Qurban Berdıyevin köməkçisi kimi çalışmış və son olaraq "Səbail"də işləyən gənc məşqçinin xidmətlərinə ehtiyac duymadığını bildirib.

Qeyd olunur ki, 59 yaşlı çalışdırıcı Hüseynov haqqında müxtəlif mənbələrdən məlumat toplayıb və əldə olunan bilgilərin ziddiyyətli olması onun qərarına təsir edib.

Vernidub eyni zamanda mütəxəssisin "Şamaxı" və "Səbail"dəki uğursuz dövrlərini də xatırladaraq "Neftçi"də oxşar vəziyyətin təkrarlanmasını istəmədiyini açıq şəkildə ifadə edib.

Bildirilir ki, ötən ilin dekabrın 9-da "ağ-qaralar"ın sükanı arxasına keçən məşqçi yerli mütəxəssislərdən ibarət alternativ namizədlər siyahısının hazırlanmasını tapşırıb və başqa bir azərbaycanlı məşqçi ilə işləməyi planlaşdırır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
1
icma.az

2Mənbələr