AZ

“Barselona” son 10 ilin ən yaxşı seriyasını təkrarladı

İspaniya Superkubokunun finalında Madridin “Real” klubunu məğlub edən “Barselona” bütün turnirlər üzrə ardıcıl qələbə seriyasını 10 oyuna çatdırıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “King Abdullah Sports City” stadionunda keçirilib. Oyunun baş hakimi Xose Munuera Montero olub. Görüş katalon klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə “Barselona” son 10 ilin ən uzun qələbə seriyasını qeydə alıb. Katalonlar ardıcıl 10 oyunda sonuncu dəfə 2016-cı ilin aprel–avqust ayları aralığında qalib gəlmişdi.

Qeyd edək ki, “Barselona” İspaniya Superkubokunu tarixində 16-cı dəfə qazanaraq turnirin mütləq rekordçusu olub. Xatırladaq ki, ötən mövsümün finalında da “blauqrana” “Real” üzərində 5:2 hesablı qələbə qazanmışdı.

Seçilən
33
90deqiqe.az

1Mənbələr