AZ

“Real” məğlub oldu

Futbol üzrə İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" baş tutub.

 

Həlledici oyunda "Real" və "Barselona" komandaları üz-üzə gəlib.

 

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Barselona" tarixində 16-cı dəfə bu İspaniya Superkubokunun sahibi olub.

 

İspaniya Superkuboku

Final

23:00. “Barselona” - “Real Madrid” - 3:2

Qol: Rafinya, 35, 73, Vinisius Jr, 45+2, R. Levandovski, 45+4, Q. Qarsiya, 45+6

 

Apasport

Tarix: 12 Yanvar 2026, 01:46   
Seçilən
34
4
pravda.az

6Mənbələr