AZ

“İnter” evdə “Napoli” ilə heç-heçə etdi

İtaliya A Seriyasının 20-ci turu çərçivəsində keçirilən “İnter” – “Napoli” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Milan şəhərindəki “San-Siro” (Cüzeppe Meatsa) stadionunda baş tutub. Görüşün baş hakimi Daniele Doveri olub. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesab 9-cu dəqiqədə “İnter”in müdafiəçisi Federiko Dimarkonun qolu ilə açılıb. 27-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Skott Maktomini tarazlığı bərpa edib. 73-cü dəqiqədə Hakan Çalhanoğlu meydan sahiblərini yenidən önə çıxarıb. Lakin 81-ci dəqiqədə Skott Maktomini ikinci qolunu vuraraq dubla imza atıb və oyunda yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra “İnter” 18 oyundan sonra 43 xalla A Seriyasının turnir cədvəlində liderliyini qoruyur. “Napoli” 18 turdan sonra 39 xalla üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlinin ikinci sırasında isə 40 xalı olan “Milan” yer alır.

Seçilən
20
90deqiqe.az

1Mənbələr