Bakı. Trend:
Malayziyanın şərqində baş verən böyük daşqınlar səbəbindən 3000-dən çox insan müvəqqəti olaraq köçürülüb və xüsusi təxliyəmərkəzlərinə yerləşdirilib.
Trend xəbər verir ki, bu barədə “Bernama” məlumat yayıb.
2 800 nəfərin təxliyə edildiyi Saravak və Sabah ştatlarıfəlakətdən ən çox zərər çəkən bölgələr olub.
Zərərçəkənlərə kömək məqsədilə bu ərazilərdə təxminən 30 təxliyəmərkəzi yaradılıb.