AZ

İsraildən Livanda hava hücumu

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

İsrail ordusu yenidən Livana hava hücumu təşkil edib.

525.az xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb. Bildirilib ki, İsrail ordusu Nəbatiyənin şimalındakı Cezzin bölgəsinə hava hücumları həyata keçirib. Hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat paylaşılmayıb.

Hücumlarla bağlı açıqlama verən İsrail ordusu “Hizbullah”ın Livanın cənubunda silah anbarı üçün istifadə etdiyi tunellərin hədəf alındığını bəyan edib.

Hücumların “Hizbullah”ın atəşkəsi pozması səbəbindən həyata keçirildiyini bildirən İsrail Ordusunun sözçüsü Aviçay Adraee, “X” hesabında yeni bir hücum xəbərdarlığı yayımlayıb.

Keferhatta qəsəbəsindəki bir binanın işarələndiyi paylaşımda o, qısa zamanda bölgəyə hücum ediləcəyi ilə vurğulayıb. Əlavə edib ki, insanlar oradan ən az 300 metr aralıda qalmalarıdırlar.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
525.az

1Mənbələr