"Real Madrid" rəhbərliyi Xabi Alonso ilə bağlı fövqəladə iclas keçirəcək
Offsideplus.az xəbər verir ki, klub Superkuboku qazana bilmədikdən sonra rəhbərlik baş məşqçi Xabi Alonso ilə bağlı ciddi narazılıq yaşayır. Klub daxilində vəziyyətin gərgin olduğu bildirilir.
Mənbələrin məlumatına əsasən, “kral klubu”nun idarə heyəti yaxın saatlarda iclas keçirərək Xabi Alonsonun gələcəyi ilə bağlı qərar verəcək. Görüşdə baş məşqçinin vəzifədən azad edilib-edilməməsi müzakirə olunacaq.
Qeyd edilir ki, Superkubokdakı uğursuzluq rəhbərlik üçün əsas məyusluq səbəbi olub və bu nəticə Xabi Alonsonun mövqeyini ciddi şəkildə zəiflədib. Klubun yekun qərarının iclasdan sonra açıqlanacağı gözlənilir.