AZ

Mahir Emreli əlavə testlərdən keçəcək - "Kayzerslautern"də

"Kayzerslautern"də çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli əlavə testlərdən keçəcək.

Sportinfo.az xəbər verir ki, hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir.

M.Emreli ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub.

Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.

Seçilən
35
sportinfo.az

1Mənbələr