AZ

İsrail Almaniya üçün elə bir “günbəz” yaradacaq ki...

Almaniyanın Federal Daxili İşlər Naziri Aleksandr Dobrindt və İsrailin Baş naziri Binyamin Netanyahu kibertəhlükəsizlik sahəsində genişləndirilmiş əməkdaşlıq haqqında saziş imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

Alman nazirin İsrailə iki günlük səfərindən sonra imzalanan sənəddə Almaniya üçün sözdə “kiber günbəz”in — kiberhücumların, eləcə də dron hücumlarının avtomatik aşkarlanması və dəf edilməsi üçün sistemin yaradılması nəzərdə tutulur.

Saziş həmçinin iki ölkənin rəqəmsal müdafiə sahəsində texnoloji və ekspert imkanlarının sıx inteqrasiyasını nəzərdə tutur.

Seçilən
70
28
publika.az

10Mənbələr