AZ

Kremldən Solovyova yeni hədə tezisləri-bu ölkələrdə də “xüsusi hərbi əməliyyat” keçirməyə çağırış etdi

Bu günlərdə Putindən orden alan Kremlin təbliğatçısı bu ölkələrdə də “xüsusi hərbi əməliyyat” keçirməyə çağırış etdi

Ukrayna savaşında “ilişməsinə” baxmayaraq, Kremlin fəal təbliğatçıları yeni-yeni hədəflər haqda danışmaqdan vaz keçmirlər.

Musavat.com xəbər verir ki, Bu konteksdə Cənubi Qafqaz və Mərkəzi Asiya respublikaları hərbi müdaxilə ilə hədələnir.

Bu işdə ən fəal olan Kremlin hərtərəfli bəslədiyi Vladimir Solovyov yenə fərqlənib. “Rusiyanın hazırda nə Suriya, nə də Venesuela ilə bağlı narahat olmasına ehtiyac var və Moskva üçün ən vacib onun yaxın xaricidi”. Solovyov internet kanalında yayımlanan müəllif proqramında belə deyib.

Picture

“Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən daha ağrılıdır. Ermənistanın itirilməsi nəhəng bir problemdir. Mərkəzi Asiyadakı problem bizim üçün nəhəng problemdir, burada məqsəd və vəzifələrimizi çox aydın şəkildə ifadə etməliyik. İzah etməliyik ki, oyunlar bitdi. Beynəlxalq hüquqa tüpürək… Əgər milli təhlükəsizliyimiz səbəbindən Ukrayna ərazisində Xüsusi Hərbi Əməliyyat başlatdıqsa, niyə eyni səbəblərə görə təsir zonamızın digər hissələrində başlada bilmirik?”- Solovyov deyib.

Solovyov həmçinin ukraynalılara “rəhm etməməyə” çağırıb, çünki onun düşüncəsinə görə “qəddarlıq müharibənin tez bir zamanda bitməsinə səbəb olacaq”.

Solovyov bundan əvvəl Cənubi Qafqaz ölkələrini də hərbi müdaxilə ilə hədələmişdi: “Biz başa düşməliyik, Cənubi Qafqazda baş verənlər bizim üçün çox böyük problemdir. Xəzər dənizində NATO bazaları peyda ola bilər. Geosiyasi baxımdan bu bizim üçün o qədər təhlükəli və o qədər ağır nəticələrə gətirə bilər ki, biz yeni “xüsusi hərbi əməliyyatın” şahidi ola bilərik”.

Путин

Qeyd edək ki,Solovyov bundan əvvəl də Ermənistan rəhbərliyini, konkret olaraq Paşinyan barədə sərt və təhqiredici açıqlamalar verib. Məsələn, Solovyov çıxışlarının birində bildirib ki, Cənubi Qafqazda “koridor savaşı” gedir və əsas məqsəd Rusiyanın bölgədəki təsirini tamamilə aradan qaldırmaqdır. O, Paşinyanı “türk” adlandıraraq belə deyib: “Türk, ingilis xüsusi xidmət orqanları Ermənistanın başına tamamilə qeyri-qanuni şəkildə, bizim ölkə tərəfindən hansı səbəbdən tanındığı belə bəlli olmayan, əsl şeytan olan Paşinyan adlı bir türkü gətirdi”. Təsadüfi deyili ki, Ermənistanda “Vladimir Solovyovla axşam”müəllif proqramlarının ölkədə yayımını qadağan edilib.

Solovyovun Mərkəzi Asiyanın possovet ölkələrini hədəf kimi göstərməsi də Kremlin aktual tezislərindən biridir. 1990-cı ilin əvvəllərində Sovet İttifaqından ayrıldıqdan sonra Mərkəzi Asiya respublikaları ABŞ xarici siyasətində arxa plana keçdi. Bölgədə böyük enerji və yeraltı ehtiyatların kəşfi Rusiyanın və Çinin sözügedən regiona diqqətini artırdı. Bundan sonra adıçəkiləm coğrafiya ABŞ üçün strateji əhəmiyyət kəsb etdi. Ticarət əlaqələri və yüksək enerji potensialı kimi vəziyyətlər xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra ön plana çıxmağa başladı. Bunu Avropa İttifaqı və ABŞ-la strateji müqavilələr də təsdiq edir. Rusiya bu prosesdən ciddi narahatdır və öz təbliğatçıları vasitəsilə bu ölkələri hətta savaşla hədələyirlər.

Yada salaq ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Solovyova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini şəxsən təqdim edib.

Musavat.com

Seçilən
69
editor.az

1Mənbələr