AZ

Aslanyan özündən çıxdı, erməniləri dəli edən Azəbaycan şərabı: 6 il sonra...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Erməni vəkil Raffi Aslanyanın Azərbaycanın dünya səviyyəsində keyfiyyətinə görə təqdir edilən “Basarkeçər” şərabı ilə bağlı sözləri Ermənistan ictimaiyyətini narahat edib. 

Globalinfo.az xəbər verir ki, Aslayan şərabın adı və üzərində təsvir olunan xəritəyə diqqət çəkib.

Erməni vəkil “Basarkeçər”in dünya səviyyəsində tanınmasına diqqət çəkib:

“Xəritədə bizim Geqarkunik (Göyçə mahalı-red.) bölgəsi təsvir olunub. Üzərindəki ərazilərimizin adları Azərbaycan adları ilə qeyd edilib. Onlar buranı Qərbi Azərbaycan adlandırırlar və dünyaya belə təqdim edirlər. Ərazi Sevan gölü (Göyçə gölü-red.) ətrafıdır. Orada hətta mənim doğulduğun Martuninin adı belə başqa cür verilib. Sözügedən şərab Asiya və Amerika bazarlarında geniş satılır”.

Maraqlıdır ki, bu, ermənilərin “Basarkeçər” şərabı ilə bağlı ilk narahatlığı deyil. 2020-ci ildə də sözügedən şərabın görüntüsü Ermənistan KİV-də yayılmış və narazılıqla qarşılanmışdı.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
globalinfo.az

2Mənbələr