Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen MERCOSURsazişini yanvarın 17-də imzalayacaq.
Trend xəbər verirki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
MERCOSUR ölkələri — Braziliya, Argentina, Uruqvay və Paraqvayilə azad ticarət sazişinə dair danışıqlar 1999-cu ildə başlayıb.700 milyondan çox əhalini əhatə edən bu saziş dünyada ən böyük azadticarət zonasının yaradılmasını nəzərdə tutur.