AZ

Tramp Ukrayna üzrə nizamlanma prosesində irəliləyiş olduğunu bildirib

BAKI, 12 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı münaqişənin nizamlanması prosesində irəliləyişin olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki,Tramp bu barədə yanvarın 11-də Vaşinqtona uçuş zamanı jurnalistlərlə söhbətində bildirib. O qeyd edib ki, əsas məqsədi insan həyatını xilas etməkdir.

“Mən həyatları xilas etmək istəyirəm. Mənim edə biləcəyim yeganə şey bu münaqişəni dayandırmaqdır. Hesab edirəm ki, bu istiqamətdə irəliləyiş əldə edirik”, – deyə ABŞ prezidenti vurğulayıb.

Seçilən
83
teleqraf.com

1Mənbələr