Milli.Az xəbər verir ki, İstanbulun Sabiha Gökçen Hava Limanından planlaşdırılan 46 daxili və xarici uçuş hava şəraitinə görə ləğv edilib.
Bununla da İstanbuldan yanvarın 12-si həyata keçirilməsi planlaşdırılan, ancaq ləğv olunan uçuşların sayı 124-ə yüksəlib.
Daha əvvəl Türk Hava Yolları (THY) İstanbul Hava Limanından planlaşdırılan 54, "AJet" aviaşirkəti isə Sabiha Gökçen Hava Limanından reallaşdırılması nəzərdə tutulan 24 uçuşun ləğv edildiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31