"Report" xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzetinə respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
Onun məlumatına görə, yaraqlılar şənbə günü hökumət qoşunları və daxili təhlükəsizlik qüvvələri tərəfindən təmizlənən Əşrəfiyə və Şeyx Maqsud məhəllələrində olublar.
"59-u yaralı olmaqla, 419 yaraqlı çıxarılıb. Daha 300 nəfər, o cümlədən SDQ-yə tabe olan "Asaiş" polis xidmətinin əməkdaşları şəhərdən çıxışda həbs edilib", - deyə rəsmi şəxs bildirib.
Qeyd edək ki, yanvarın 6-dan başlayaraq SDQ-nin atəşləri nəticəsində 24 nəfər həlak olub, 129 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31