GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Qlobal maliyyə bazarlarında gözlənilən dəyişikliklər 2026-cı ildə valyuta kursları ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Belə ki, bir qisim ekspertlər bu il dolların dəyərinin azalacağını proqnozlaşdırır.
Dolların dəyərinin azalması nələrə səbəb ola bilər?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, dolların dəyərinin azalması yeni risklərin yaranmasına səbəb ola bilər:
“Bu halda idxal məhsulları bahalaşacaq, çünki xarici valyutada alınan mallar daha çox manat tələb edəcək. Qiymətlərin artması inflyasiya təzyiqini yüksəldə və əhalinin alıcılıq qabiliyyətini azalda bilər. Firmalar üçün xammal və istehsal xərclərinin artacağı ehtimal olunur. Bu isə öz növbəsində qiymətlərin daha da yüksəlməsinə səbəb yaradan amildir. Kiçik və orta biznes üçün sərmayə qoyuluşlarının azalması ehtimalı var. Bank sistemində dollar depozitlərinə tələbat arta bilər. Azərbaycan Mərkəzi Bankı (AMB) manatı stabilləşdirmək üçün ehtiyatlardan istifadə etməli olacaq”.
İqtisadçı bildirib ki, xarici borcların dollarla ifadə olunan hissəsi manat zəiflədiyi halda daha baha görünə bilər:
“Bu, dövlətin və firmaların maliyyə yükünü artıracağını ehtiva edir. Sosial baxımdan alıcılıq qabiliyyəti düşə, yaşayış xərcləri isə yüksələ bilər. Bütün bunlar iqtisadi siyasət və valyuta siyasətinin diqqətlə aparılmasını tələb edir.
Azərbaycanın qarşısında potensial inflyasiya artımı, manatın volatilliyi və iqtisadi siyasətdə gərginlik kimi vəziyyətlər ola bilər, amma nəticələrin AMB-nin müdaxiləsi və hökumətin tədbirlərindən asılı olaraq yumşalma ehtimalı da var”.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.