AZ

Köhnə “iPhone 4” ikinci əl bazarında yenidən populyarlıq qazanıb

Bakı. Trend:

Köhnə “iPhone 4” gözlənilmədən sosial şəbəkələrdə populyarlıqqazanıb ki, bu da ikinci əl bazarında ajiotaj və istifadəçitələbinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Trend xəbər verirki, bu barədə “TechRadar” portalı məlumat yayıb.

Smartfonların təkrar emalı və yenidən istifadəsi bazarındafəaliyyət göstərən “Compare and Recycle” şirkətinin araşdırmasınagörə, son bir il ərzində “Google”da “iPhone 4 almaq” ifadəsi üzrəaxtarışların sayı 979% artıb. Analitiklər bu dinamikanı köhnəlmişcihazların rəqəmsal kamera kimi istifadəsinin dəbə minməsi iləəlaqələndirirlər.

“iPhone 4” sahibləri bildirirlər ki, onun 5 meqapiksellikkamerası “iPhone 17” də daxil olmaqla, müasir modellərlə müqayisədətexniki cəhətdən geri qalmasına baxmayaraq, şəkillərdə yaratdığıdənəvərlik və özünəməxsus atmosferə görə qiymətləndirilir.

Bununla yanaşı, “Compare and Recycle” mütəxəssisləri rəqəmsaltəhlükəsizliklə bağlı ciddi risklərə diqqət çəkirlər. “iPhone 4”üçün son yeniləmə 2014-cü ildə buraxılmış “iOS 7.1.2” olub.

Mütəxəssislərin tövsiyəsinə görə, belə bir cihazdan əsassmartfon kimi istifadə şəxsi məlumatların sızmasına səbəb olabilər. İstifadəçilərə məsləhət görülür ki, “Apple ID” ilə daxilolmasınlar, elektron poçt, bank və ya məxfi məlumatların saxlanmasıilə bağlı tətbiqlər quraşdırmasınlar və cihazdan yalnız yaradıcıməqsədlər üçün istifadə etsinlər.

Seçilən
87
az.trend.az

1Mənbələr