“Barselona”nın keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde “Neqreyra işi”ndə ifadə verərək, hakim hesabatlarının mövcudluğundan xəbərsiz olduqlarını bildiriblər.
Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbə Enrikenin sözlərini sitat gətirib: “Heç kim mənə heç bir hesabat deməyib və ya göstərməyib, sizə bunu əminliklə deyə bilərəm – nə mənə, nə də işçilərimə”.
Öz növbəsində, “Barselona”nın prezidenti Joan Laporta sözügedən hesabatların həqiqətən mövcud olduğunu və “faydalı” olduğunu israr edib.