AZ

Kuba Prezidenti Trampa cavab verdi:“SON DAMLA QANIMIZA QƏDƏR...”

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın Kubanın artıq Venesueladan neft almayacağı barədə dediklərinə cavab verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.

 

Kuba liderinin sözlərinə görə, ölkəsi 66 ildir ABŞ hücumlarına məruz qalır və onlara müqavimət göstərməyə hazırdır.

 

“Kuba heç bir təhlükə yaratmır. Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır”, - Dias-Kanel  vurğulayıb.

 

Xatırladaq ki, ABŞ Prezidenti Kubanın artıq Venesueladan neft və pul almayacağını elan edib.

Seçilən
40
3
senzor.az

4Mənbələr