AZ

Tramp: İran hakimiyyəti ABŞ ilə danışıqlar təklif edib...

Vaşinqtonun Tehrana qarşı hərbi təhdidləri fonunda İran tərəfinin birbaşa təmas təşəbbüsü irəli sürdüyü bildirilir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin Vaşinqtona danışıqlar aparmaq təklifi etdiyini açıqlayıb. Onun sözlərinə görə, Tehran administrasiyası ABŞ ilə mümkün təmaslar üçün təşəbbüs göstərib və bu, son vaxtlar tərəflər arasında kəskinləşən gərginlik fonunda baş verib.

“Onlar dünən zəng ediblər. İran danışıqlar aparmaq üçün zəng vurub. Düşünürəm ki, onları ABŞ-nin daim ‘əzib-keçməsindən’ beziblər”, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib, ABŞ prezidenti. O, eyni zamanda qeyd edib ki, “ola bilsin, görüş baş tutmazdan əvvəl hərəkətə keçməli olaq”, bu isə Vaşinqtonun hərbi variantı gündəmdə saxladığına işarə kimi dəyərləndirilir.

Qeyd edək ki, ABŞ administrasiyası bundan əvvəl İran hakimiyyətini ölkədə etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq tətbiq etməkdə ittiham edib və etirazçıların güllələnməsinin davam edəcəyi təqdirdə Tehrana qarşı hərbi zərbələr endirilə biləcəyi ilə hədələyib.

İranda kütləvi etiraz aksiyaları ötən ilin dekabr ayının sonundan etibarən davam edir. Aksiyaların iştirakçıları siyasi rejimin dəyişdirilməsini tələb edir. Hüquq-müdafiə təşkilatı HRANA-nın məlumatına görə, qarşıdurmalar və təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək azı 544 nəfər həlak olub. İran hakimiyyəti isə etirazların təşkilində ABŞ və İsraili ittiham edir və proseslərin xaricdən idarə olunduğunu iddia edir.

Poliqon.info

Seçilən
30
50
poliqon.info

10Mənbələr