ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Ukraynadakı münaqişədən qazanc əldə etdiyini etiraf edib.
Redaktor.az bu haqda TASS-a istinadla xəbər verir.
“Biz müharibə hesabına pul qazanırıq, amma mən bu barədə danışmaq belə istəmirəm”, - deyə Tramp bildirib.
O, eyni zamanda vurğulayıb ki, böhranın həlli istiqamətində göstərdiyi bütün səylər yalnız insan həyatını xilas etmək məqsədi daşıyır.
Aytəkin TOFİQQIZI