Qazaxda fərdi yaşayış evinə bitişik köməkçi tikilidə yanğın olub.
KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.