İranda baş verən iğtişaşlar nəticəsində çox sayda təhlükəsizlik qüvvəsi əməkdaşının ölümü ilə bağlı üç günlük milli matəm elan olunub.
"İran Prezidenti vətənin əziz övladlarının itkisindən dərin kədər hissi keçirərək Nazirlər Kabineti ilə birlikdə şəhidlərin matəminə qatılır və əziz İran xalqını bazar ertəsi günü keçiriləcək milli müqavimət yürüşünə dəvət edir", - məlumatda bildirilib./Report