ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Ümumi Süni İntellekt sistemi 2026-cı ildə da çox güman ki, tam işə düşəcək. Bunun ardınca, təxminən 2030-cu ilə qədər süni intellekt bütün bəşəriyyəti geridə qoyacaq.
Reyting.az xəbər verir ki, bunu "xAI" şirkətinin qurucusu İlon Mask deyib.
Amerikalı sahibkar texnoloji sinqulyarlığın artıq başladığını bildirib.
Onun proqnozuna görə, insan səviyyəsində istənilən intellektual tapşırığı yerinə yetirə bilən "AGI" (Ümumi Süni İntellekt) 2026-cı ildə ortaya çıxacaq, 2030-a qədər isə süni intellektin ümumi hesablayıcı gücü bütün bəşəriyyətin bioloji intellektini üstələyəcək.
Mask vurğulayıb ki, fiziki əmək demək olar sıfır dəyərli resursa çevriləcək.
Milyarderin sözlərinə görə, bir neçə ilə "Optimus" kimi humanoid robotlar milyonlarla əməliyyat təcrübəsi əsasında elə formalaşacaq ki, ən çətin cərrahiyyəni belə insanlardan daha yaxşı icra edə biləcək. Maks qeyd edib ki, belə bir şəraitdə bazar gəliri anlayışı da əhəmiyyətini itirəcək, yerini "universal yüksək gəlir" modeli tutacaq.
İ. Maskın fikrincə, əsas məhdudiyyət kimi çiplər yox, enerji amili önə keçəcək. Sahibkarın sözlərinə görə, "xAI" şirkəti bu ehtiyacı ödəmək üçün 0,5 QVt gücündə olan, "Cortex 2" adlanan nəhəng məlumat mərkəzini işə salacaq. Artıq buna çox ciddi hazırlar başlayıb.
Mask bildirib ki, şirkət eyni zamanda 4-bitlik yerli təlimə keçib, həmçinin ilin ilk rübündə "Grok 5" modelinin təqdimatını da planlaşdırır.
Bu sahədə aparılacaq böyük işlərlə bağlı yeganə uzunmüddətli həll kosmosda məlumat mərkəzlərinin qurulması ola bilər.
Mask xəbərdarlıq edib ki, dəyişikliklər "səsdən sürətli sunami" kimi gəlir və bu mərhələdən təhlükəsiz çıxışın yeganə düzgün yolu həqiqəti maksimum axtaran süni intellekt yaratmaqdır.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.