AZ

Tramp: ABŞ bu və ya digər yolla Qrenlandiyanı əldə edəcək

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Qrenlandiya üzərində nəzarəti “bu və ya digər yolla” ələ alacaq. Onun sözlərinə görə, əgər bunu Vaşinqton etməsə, adanı Rusiya və ya Çin ələ keçirəcək.

Cənab Trampın jurnalistlərlə söhbətinin qeydi Ağ Evin “YouTube” kanalında yayımlanıb. ABŞ-nin Qrenlandiya ilə bağlı konkret addımları barədə o, hər hansı təfərrüat açıqlamayıb.

Yanvarın əvvəlində ABŞ prezidenti bildirmişdi ki, ölkə Qrenlandiyanı əldə etməlidir, çünki hazırda ada “Rusiya və Çin gəmiləri” ilə əhatə olunub. “The Telegraph” yazır ki, Aİ ölkələri Qrenlandiyanı Rusiya və ya Çin tərəfindən mümkün təhdidlərdən qorumaq üçün adada NATO qüvvələrinin yerləşdirilməsini müzakirə edirlər. Əgər Donald Tramp bu təkliflə razılaşmasa, Aİ ABŞ-nin iri IT şirkətlərinə — “Google”, “X”, “Microsoft” və “Meta”ya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Seçilən
13
banker.az

1Mənbələr